9 aydan sonra nəşi tapılan şəhidimiz dəfn edildi - VİDEO

9 aydan sonra nəşi tapılan şəhidimiz dəfn edildi -  VİDEO backend

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu dəfn olunub.

Oxu.Az xəbər verir ki, o, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. 

Dəfn mərasimində Xətai Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin nümayəndələri və şəhidimizin yaxınları iştirak edib.

 

10:34

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu ilə vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş şəhidimizin nəşi Xətai rayonundakı evinə gətirilib.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Şəhidimiz ailəli olub. İki övladı vətənə yadigar qalıb.

Diaspora