Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib backend

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Qaziler.az bildirir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.