Ermənistan ordusunun generalı Qriqori Xaçaturov ordudan xaric edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı “Ermənistan” blokunun üzvü Artur Kazinyan sosial şəbəkədəki səhifəsi vasitəsilə məlumat yayıb.
Məlumatda bildirilir ki, hakimiyyət Xaçaturovla müqaviləni uzatmayaraq onu tərxis etməyə qərar verib. Ermənistan ordusunun Azərbaycanın Qazax-Tovuz bölgəsilə həmsərhəd ərazilərə cavabdeh olan 3-cü ordu korpusuna rəhbərlik etmiş general Xaçaturov 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində xain hücum əməliyyatına da komandanlıq edib.
Məlumatda bildirilir ki, general Azərbaycanın təsir agentinin (Nikol Paşinyanı nəzərdə tutur-M.) istefasını tələb etdiyi və Tvuş vilayətindəki ərazilərin (əslində Azərbaycana məxsus ərazilərdən, Qazax rayonunun kəndlərindən söhbət gedir-M.) düşmənə verilməsinə qarşı çıxdığı üçün cəzalandırılır.
“Rus NATO-su” (KTMT) sabiq baş katibi İqor Xaçaturovun oğlu olan Q.Xaçaturov əslində Paşinyana qarşı qiyamçı generallara qoşulduğu üçün cəzalandırılıb.