Azərbaycanda kəşfiyyat məqsədli və kamikadze kimi istifadə edilə biləcək pilotsuz uçuş aparatı (PUA) yaradılır.
Dron sənayesində yeni bir istiqamət təşkil edən “GÖZ – N1” layihəsi kompakt, istifadəsi asan və tamamilə modul olması ilə fərqlənir.
İstənilən hava şəraitində istifadə olunması isə onu digər PUA-lardan daha üstün edəcək.
Video və idarəetmə paneli üçün xüsusi olaraq hazırlanmış sistem və proqram təminatı tapşırıqdan asılı olaraq kamera və idarəetmə panelini dəyişdirməyə imkan verəcək.
Ətraflı Baku TV-nin süjetində: