Pilotlarımızın Türkiyədə taktiki-uçuş təlimindən görüntülər - VİDEO

Pilotlarımızın Türkiyədə taktiki-uçuş təlimindən görüntülər -  VİDEO backend

Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla, onun yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycanın hərbi pilotları peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.