“Əminəm ki, Azərbaycanda türk hərbi bazası mütləq olacaq” - Rusiyalı politoloq

“Əminəm ki, Azərbaycanda türk hərbi bazası mütləq olacaq” -  Rusiyalı politoloq backend

“99% əminəm ki, Azərbaycanda türk hərbi bazası meydana gələcək”.

Yenisabah.az xəbər verir ki, bunu “NEWS.am” saytına verdiyi müsahibəsində Avrasiya İqtisadi İttifaqı İnstitutunun (Aİİİ) direktoru, politoloq Vladimir Lepyoxin bildirib.

Onun sözlərinə görə, hərbi baza yalnız Türkiyənin Azərbaycanda (Cənubi Qafqaz ərazisində) özünə yer qazanmasının vacib olması ilə deyil, həm də hücum siyasəti nümayiş etdirməsi ilə izah olunur. “Bu gün postsovet məkanı daxil olmaqla, türk dövlətlərinin himayəsi altında bir konsolidasiya xəttini davam etdirən Türkiyə üçün, Orta Asiya ölkələrində olduğu kimi, Şimali Qafqaz da daxil olmaqla, Qafqazda nüfuzunu gücləndirmək çox vacibdir".

Ekspert qeyd edib ki, Türkiyənin gücünü və Rusiyanın zəifliyini nümayiş etdirən hər hansı bir hərəkət Ankara üçün təməl əhəmiyyət daşıyır. “Düşünürəm ki, Rusiyanın Azərbaycanda türk bazasının yaranmasına birbaşa təpkisi olmayacaqdır. Təəssüf ki, Moskva türk genişlənməsinə qarşı yönəlmiş bir vektor hazırlamayıb. Əksinə, tez-tez Rusiya tərəfdən Türkiyəyə qarşı tutarlı və məntiqsiz hərəkətlərə rast gəlirik. Çox güman ki, bu, ortaq iqtisadi maraqlarla (qaz nəqli, nüvə elektrik stansiyasının tikintisi və s.) bağlıdır. Rusiya Federasiyasında yerləşmiş türk şirkətlərinin Rusiya hakimiyyəti üzərindəki təsiri, Rusiyanın Qafqaz istiqamətində və Orta Asiya istiqamətində Türkiyənin genişlənməsinə qarşı açıq şəkildə ifadə edilmiş və sərt bir mövqeyə sahib olmamasına gətirib çıxarır. Lakin qeyd etmək lazımdır ki, bu təhlükə tədricən reallaşır”.

Xatırladaq ki, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev mayın 15-də Şuşa Bəyannaməsini imzalayıblar, bundan sonra Ərdoğan Azərbaycanda türk hərbi bazasının yaradılmasını istisna etməyib.

Diaspora