Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək backend

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.