Türkiyə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” qrupu növbəti dəfə heyrətləndirici hava şousu ilə çıxış edib.
Bu barədə nazirliyin “Twitter” səhifəsindən paylaşım edilib.
Paylaşımda hava göstərisinin Amasya anlaşmasının 102-ci ildönümü münasibətilə baş tutduğu bildirilib. Uçuşların sonunda təyyarələr Amasya səmasında ay-ulduz rəsmi çəkib.