Qarabağda nə qədər hərbi yerləşmə məntəqəsi var? - rəsmi açıqlama

Qarabağda nə qədər hərbi yerləşmə məntəqəsi var? -  rəsmi açıqlama backend

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin qoşun xidməti və bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların hərtərəfli təminatı, onların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir”.

Qazilər.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

“Bugünkü günə qədər işğaldan azad edilmiş ərazilərdə 60-dək müasir avadanlıqlarla təcsiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli yerləşmə məntəqələri artıq hərbi qulluqçularımıza təhvil verilib. Bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların məişət şəraiti daha da yaxşılaşdırılıb, onların gündəlik fəaliyyətinin aparılması, eləcə də döyüş və xidməti fəaliyyətlərinin aparılması üçün daha da yaxşı şərait yaradılıb”, - mətbuat katibi bildirib.

Diaspora