General qoşunların müasir tipli yaşayış kompleksi ilə təmin edilməsindən danışdı

General qoşunların müasir tipli yaşayış kompleksi ilə təmin edilməsindən danışdı backend

Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsilə tanışlıq üçün mediatur təşkil edilib.

"Report"un xəbərinə görə, mediatur çərçivəsində KİV nümayəndələrinə işğaldan azad edilən Ağdam rayonu ərazisində inşa edilən məntəqə, bu məntəqədə əsgərlərin sosial məişət xidmətinin yaxşılaşdırılması üçün görülən işlərlə bağlı məlumat verilib.

Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, yeni yaradılan şəraitlər dövlətin diqqət və qayğısının nümunəsidir.

O, qoşunların müasir tipli yaşayış kompleksləri ilə təmin edilməsindən də danışıb: "Bu sahədə aparılan işlər sistemli şəkildə ardıcıl olaraq davam etdirilir".

Diaspora