ABŞ-ın Hərbi Hava Qüvvələri beşinci nəsil “F-35 Lightning II” qırıcıları əvəzinə onların təkmilləşdirilmiş versiyası sayılan “F-15EX Advanced Eagle” təyyarələrini əldə etmək istəyir.
Bunu “Defense News” bildirib.
Hərbçilər F-35-lərdə həddindən artıq çox qüsurların aşkar edildiyini bəyan edərək, cari onilliyin ortalarında qırıcıların daha təkmil variantını əldə etməyi tərcih etdiklərini vurğulayıblar.
Qeyd edək ki, “Lokheed Martin” şirkətinin istehsalı olan F-35 təyyarələrinin işlənib hazırlanmasına artıq 400 milyard dollar vəsait xərclənib.
Oxu.az