Qeyd edilir ki, Belarus özünün “Qroza-S” sistemini tədarük etdikdən sonra Azərbaycan ilk dəfə bundan pilotsuz uçuş aparatının məhvi üçün istifadə edib. Belə ki, bir gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan “Qroza-S” komplekslərindən biri Ermənistana məxsus “Qrifon-12” PUA-sını nəzarətə alıb.
“Təqdim olunan fotoda erməni kəşfiyyat pilotsuz uçuş aparatının "Qroza-S" kompleksi tərəfindən necə uğurla vurulduğunu görmək olur. Hansı ki, bir neçə həftə əvvəl PUA Qarabağda görünüb. Azərbaycan tərəfinin məlumatına görə, pilotsuz uçuş aparatı Kəlbəcər istiqamətində vurulub, eyni zamanda, dron Azərbaycan ərazisinə düşüb və bu da rəsmi Bakının İrəvanın təcavüz planlaşdırdığı barədə ittiham irəli sürməsinə səbəb ola bilər.

.
Qeyd edək ki, “Qroza-S” sistemi 2017-ci ildə istismara daxil edilib. Bu, hava hücumundan müdafiədə güclü bir sistemdir. "Qroza-S" PUA-lardan obyektləri qorumaq üçün hazırlanan özüyeriyən radioelektron mübarizə kompleksi 2016-cı ilin sonunda təqdim edilib. 2017-ci ilin oktyabrın 28-də Belarus Silahlı Qüvvələrinin komandirlərinin əməliyyat toplantısı çərçivəsində hərbi sənaye komplekslərinin ən son silah və avadanlıq modelləri iştirakçılara təqdim edilib. "Qroza-S" kompleksi özüyeriyən avtomobil şassisində qurulur.

Düşmən PUA-sının aşkar edilməsi, radio siqnalların qəbul edilərək analizi vasitəsi ilə həyata keçirilir. Bu halda yerüstü PUA operatoru konsolundan və ya PUA kanalından yayılan idarəetmə siqnallarının ələ keçirilməsi mümkündür. İlk halda, aşkarlama məsafəsi 10 km, ikinci halda isə 50 km-ə çatır. Kəşfiyyat 100-dən 6000 MHz-ə qədər tezliklərdə həyata keçirilir.
PUA-nı aşkarladıqdan sonra "Qroza-S" operatoru bu və ya digər metoddan istifadə edə bilər. Müdaxilə ilə kanalın sadəcə basdırılması və daha təsirli digər metod seçilə bilər. Məlumatların yerüstü PUA idarəetmə məntəqəsinə ötürüldüyü radiokanal 10 km-ə qədər məsafədə basdırıla bilər. PUA qəbuledicisinin boğulması isə 30 km-ə qədər məsafədə təmin edilir. Basdırma kanallarının enerji potensialı 300 vattdan az olmamalıdır. Müdaxilə tətbiq edilərkən PUA idarəetmə paneli komandaları ötürmə qabiliyyətini itirir, aparat özü də telemetrik, video və s. siqnalları qəbul edə bilmir.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.