“Bakıya bir saat vaxt vermişik” deyib qürrələnən erməni general ikinci cümləsində biabır oldu

“Bakıya bir saat vaxt vermişik” deyib qürrələnən erməni general ikinci cümləsində biabır oldu backend

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-mayor Edvard Asryan Azərbaycan tərəfinin altı erməni terrorçunun zərərsizləşdirilməsinə həsr olunmuş brifinq zamanı təmsil etdiyi dövlətin regiondakı mövqeyini və çarəsizliyini açıq şəkildə ortaya qoyan açıqlamalar verib.

Belə ki, erməni general rəsmi Bakıya zərərsizləşdirilən terrorçuların qaytarılması üçün bir saat vaxt verildiyini bildirib. Kapitulyant ölkənin rüsvayçı ordusunun rəsmisi üçün olduqca cəsarətli sayıla biləcək bu çıxış daxili auditoriyanı sakitləşdirməyə yönəlsə də, bu sakitlik çox güman ki, Asryan çıxışında növbəti cümləni səsləndirənə qədər davam edib. Belə ki, baş qərargah rəisinin müavini özü də bilmədən təmsil etdiyi ordunun acizliyini ortaya qoyub və verilən bir saatlıq vaxtın artıq başa çatdığını bildirib.

Beləliklə Azərbaycanla təhdid dilində danışmağa cəhd etmiş general cəmi bir neçə saniyə sonra bunun əbəs yerə olduğunu bütün erməni xalqına göstərib.

Paşinyanın bu yaxınlarda yeni vəzifə verdiyi, buna qədər isə onun istefasını tələb edən general Asryanın səsləndirdiyi növbəti fikirlər daha acınacaqlı olub.

O bildirib ki, sözügedən vaxt tamam olan kimi rusiyalı tərəfdaşları erməni tərəfi ilə əlaqə yaradıb və Azərbaycanla danışıqlara başladıqlarını söyləyiblər. Erməni general məhz bu səbəblə müvafiq tədbir görmədiklərini qeyd edib.

Əslində isə Asryan bu sözlərlə bütün dünyaya İrəvanın öz müqəddəratını həll edə bilməməsini göstərib. Elə bu səbəbdən də sözügedən məsələ müstəqil siyasət aparan Azərbaycan və Rusiya dövlətləri arasında müzakirə olunur və müvafiq olaraq da qərarı Bakı və Moskva qəbul edir.

Sərhədlərinin belə mühafizəsini Rusiyaya həvalə edən Ermənistan dövlətini buna qədər dünyanın bir çox ekspert dairələri Rusiyanın vassalı kimi qəbul etsələr də, bundan sonra hətta bu vassallığın belə itirildiyini, Ermənistanın bir dövlət olaraq varlığının sual altında olduğunu aydın şəkildə görmək olar.

İrəvan artıq Bakı ilə təhdid dilində danışmağın acınacaqlı nəticələrini 44 günük müharibə zamanı görüb. Bundan dərs çıxarmayan Asryan kimi erməni generalların isə daxili auditoriya qarşısında pafoslu çıxışlarının və qürrələnməsinin ömrü də hər zaman elə ikinci cümlədə sona çatacaq. (oxu.az)

Diaspora