Türkiyənin çoxməqsədli yerüstü pilotsuz hərbi aparatı BARKAN iyun ayında xidmətə girəcək.
Bu barədə HAVELSAN (Hava Elektronik Sanayi) şirkətinin baş direktorunun müavini Muhittin Solmaz “Anadolu” Agentliyinə məlumat verib.
Onun sözlərinə görə, BARKAN bir sıra sınaqlardan uğurla keçib.
“Əsas məqsədimiz bu cihaza süni intellekt tətbiq etməkdir. Bu vasitələrin pilotsuz uçuş aparatları, digər uzaqdan idarə edilən quru nəqliyyat vasitələri, həmçinin insanlı nəqliyyat vasitələri ilə birgə tapşırıqlar yerinə yetirməsi səhra şəraitində qoşunlarımızın effektivliyini artıracaq”, - deyə M.Solmaz bildirib. (oxu.az)