Tarixə “Uğurlu Naxçıvan əməliyyatı” kimi düşən Günnüt əməliyyatından 3 il ötür.
Bu barədə Azərbaycan Televiziyası (AzTV) süjet hazırlayıb.
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra – 2018-ci ildə ordumuz tərəfindən azad edilib.
Qeyd edək ki, qazanılan uğur Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılıb.