Zəngəzurda danışıqlar başlayıb və onu Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov aparır.
Axar.az xəbər verir ki, bu sözləri Sputnik-ə açıqlamasında Gorus icmasının rəhbəri Menya Avsepyan deyib.
Qeyd edək ki, sərhədin demarkasiya və delimitasiyası çərçivəsində aparılan işlərlə bağlı Ermənistanın yaratdığı gərginlikdən dolayı danışıqların bu gün saat 15:00-da davam etdiriləcəyi bildirilmişdi.