Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Sosial Tədqiqatlar Mərkəzi şəhid ailələri və qazilərlə görüş keçirdi - FOTO

18:04  |    22 Fevral 2021  |   E-mail  |  Çapa göndər

Sosial Tədqiqatlar Mərkəzinin (SMT) Mətbuat Xidməti “Vətən Müharibəsində qələbədən sonra gələcəyi birgə quraq” mövzusunda görüş keçirib.

STM-dən Qazilər.az-a verilən məlumata görə, görüşdə 44 günlük vətən müharibəsinin iştirakçısı olan döyüşçülər, bəzi şəhid və itkin ailələri, qazilər iştirak edib.

Görüş Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən Müharibəsində şəhid olan döyüşçülərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc tədbiri giriş nitqi ilə açaraq, bu tip görüşlərin davamlı olacağını vurğulayıb.

Tədbirdə iştirak edən “YAŞAT” Fondu Himayəçilik Şurasının üzvü, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə belə görüşlərin vacibliyini qeyd edərək “YAŞAT” Fondunun gördüyü işlərdən bəhs edib. Eyni zamanda qeyd olunub ki, dövlətin dəstəyi ilə yanaşı qurumlar şəhid ailələri və qazilərlə iş üzrə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Sevinc Əlizadə söyləyib ki, STM tərəfindən təşkil edilən görüşlər davamlı xarakter almalı və fikir mübadilələri daim aparılmalıdır.

Şuşa döyüşlərində şəhid olan mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu tədbirdə çıxış edərək şəhid ailələrini maraqlandıran sualları ünvanlayıb. O qeyd edib ki, şəhid ailələri və qazilər dövlət başçısının diqqət və qayğısını daim hiss edirlər. Qaziləri narahat edən bir sıra suallar da Elyar İslamoğlu tərəfindən səsləndirilib.

Tanınmış jurnalist, qazi Rey Kərimoğlu qaziləri narahat edən bəzi məqamları qeyd edərək, bu qəbildən olan görüşlərin vacibliyini diqqətə çatdırıb.

STM-in sədri Zahid Oruc vurğulayıb ki, icra hakimiyyətləri Vətən müharibəsi iştirakçıları və onların ailələri ilə bağlı xüsusi qəbul günü müəyyən etməlidir: “Bu, icra hakimiyyətlərinin xüsusi arzularından, baxış bucaqlarından asılı olmamalıdır. Xüsusi bir gün təyin olunmalı və Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər qəbul olunmalı, şikayətləri dinlənilməlidir”.

O bildirib ki, Vətən müharibəsində “Dəmir yumruq”la Xocalı soyqırımını törədənlərdən qisas alınıb. Z.Oruc qarşıdan Xocalı soyqırımının ildönümünün gəldiyini xatırladıb.

“Biz artıq qalib ölkəyik, bu il Xocalı soyqırımını qalib ölkə kimi yad edəcəyik. Ona görə bu il Xocalı soyqırımının anım mərasimlərinə fərqli şüarlarla çıxmalıyıq”, - deyə Z.Oruc söyləyib.

Daha sonra tədbirdə dinləmələr keçirilib. Qazilər və şəhid ailələrin müraciətləri qeydə alınıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2021
BŞİH: Bütün gecə yollar təmizlənəcək... - FOTO
24.02.2021
Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
24.02.2021
Nazirlikdən əhaliyə xəbərdarlıq
24.02.2021
Erməni generalı boğaraq öldürən ŞƏHİD - Cəbrayıl Dövlətzadə barədə BİLİNMƏYƏNLƏR
24.02.2021
Hansı rayonlarda qar hələ də yağır?