Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7364

Digər sorğular

Qənirə Paşayeva Xalq rəssamı Eldar Mikayılzadəni yubileyi münasibətilə təbrik edib

22:49  |    21 Fevral 2021  |   E-mail  |  Çapa göndər


MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Xalq rəssamı E.Mikayılzadə ilə görüşüb və onu yubileyi münasibətilə təbrik edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq rəssamı, görkəmli sənətkar Eldar Mikayılzadə ilə Mədəniyyət Komitəsində görüşüb, onu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

"Hörmətli Eldar müəllim,
Sizi – görkəmli xalçaçı-rəssamı, bir sıra nüfuzlu sənət birliklərinin, o cümlədən UNESCO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifini 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Sizin ziyalılığınız, peşəkarlığınız, etnoqrafik yaddaşımızı böyük ustalıqla sənətdə əks etdirməyiniz Sizə böyük şöhrət qazandırıb. Əsərlərinizdə əl-ürək-ruh birliyinin təntənəsi görünür!
Əsərləriniz Türkiyə, Böyük Britaniya, Rusiya, Küveyt, Səudiyyə Ərəbistanı, Fransa və b. ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
Siz hazırda Dövlət Rəssamlıq Akademiyasında çalışırsız, gənc nəslə sənətin sirlərini sevə-sevə öyrədirsiz.
Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk"!
Xalq rəssamına Komitə adından Təbrik Məktubu və üzərində "Qarabağ - Azərbaycandır!" yazılmış qol saatı təqdim edilib.
Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib, öz sənət xatirələrini, o cümlədən ustadı Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrini bölüşüb, mədəniyyət ili kimi xarakterizə olunan 2021-ci il daxil olmaqla yeni yaradıcılıq planları barədə danışıb. Xalq rəssamı öz kitabını imzalayaraq Q.Paşayevaya bağışlayıb.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.03.2021
Əməkdar artist xəstəxanaya yerləşdirildi
02.03.2021
Ərdoğandan Qarabağ Zəfəri və Xocalı qətliamı ilə bağlı TAPŞIRIQ
23.02.2021
Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn edilmədi?
23.02.2021
Yalçın Rzazadənin dəfn olunacağı yer müəyyənləşdi
19.02.2021
Paşayeva əməkdar incəsənət xadimini təbrik etdi