Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7364

Digər sorğular

Cins mal-qara və cücə idxalı gömrük rüsumundan azad edilir

10:39  |    21 Fevral 2021  |   E-mail  |  Çapa göndər


Bu gündən cins mal-qara və cücə idxalının gömrük rüsumundan azad edilməsi ilə bağlı qərar qüvvəyə minib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 22 yanvar tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.

Qeyd edək ki, əvəllər bu müddət 25 sentyabr 2020-ci ilədək nəzərdə tutulmuşdu.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.03.2021
Fevralda yaşa görə əmək pensiyası təyin olunanların SAYI - FOTO
02.03.2021
Ərdoğan Azərbaycanla mühüm ticarət sazişini təsdiqlədi
01.03.2021
BMT ilə Azərbaycan arasında əməkdaşlıq sənədi imzalanıb - VİDEO
01.03.2021
Düşmənin atıb qaçdığı silah-sursat tapıldı - VİDEO
01.03.2021
İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı