Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7364

Digər sorğular

Paşayeva əməkdar incəsənət xadimini təbrik etdi

19:36  |    19 Fevral 2021  |   E-mail  |  Çapa göndər

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla Mədəniyyət Komitəsində görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili C.Fərəcovu 75 illik yubileyi münasibəti ilə təbrik edib.

“Hörmətli Cəmil müəllim, sizi - tanınmış kinorejissoru, respublikamızın əməkdar incəsənət xadimini 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik!

Sizin "Azərbaycanfilm" kinostudiyasındakı uzunmüddətli rejissorluq fəaliyyətiniz məhsuldar olub. Siz həmişə öz kübarlığınız, təmənnasızlığınız və təvazökarlığınızla seçilən ziyalı olmusuz.

Mədəniyyət Komitəsi adından Sizi bir daha təbrik edir, ən xoş arzularımızı yetiririk!” – millət vəkili deyib.

Kinorejissora Komitə adından təbrik məktubu və üzərində “Qarabağ - Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.03.2021
Əməkdar artist xəstəxanaya yerləşdirildi
02.03.2021
Ərdoğandan Qarabağ Zəfəri və Xocalı qətliamı ilə bağlı TAPŞIRIQ
23.02.2021
Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn edilmədi?
23.02.2021
Yalçın Rzazadənin dəfn olunacağı yer müəyyənləşdi
21.02.2021
Qənirə Paşayeva Xalq rəssamı Eldar Mikayılzadəni yubileyi münasibətilə təbrik edib