Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

İki qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası həyata keçirilib

17:30  |    14 İyul 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən QAZİLER.AZ-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətlərin göstərilməsi üçün akkreditasiya olunmuş daha iki qeyri-dövlət yardım mərkəzinə (“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinə və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi) akkreditasiya attestatları verilib.

Attestatların təqdim edilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi üçün qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiya olunması yönündə aparılan işlərdən bəhs edib.

İ.Rəhimov bildirib ki, Komissiyaya müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üçün ən vacib şərtlərdən biri onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmasıdır. Akkreditasiya prosesində bu meyarlara xüsusi diqqət yetirilir. Nazirlikdə fəaliyyət göstərən, əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət Komissiya tərəfindən artıq 10 qeyri-dövlət yardım mərkəzi akkreditasiya olunub.
ƏƏSMN-nin rəsmi www.mlspp.gov.az saytının ön səhifəsindəki “Akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri” bölməsində həmin mərkəzlər barədə məlumatlar, onların yerləşdikləri ünvanlar, telefon nömrələri, e-ünvanları və s. əksini tapıb. Bu mərkəzlərin əsas fəaliyyəti yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə edilməklə törədilən zorakılığın və onun mənfi hüquqi, tibbi və sosial nəticələrinin aradan qaldırılmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə və s. yönəlib.



Adıgedən ictimai birliklərin rəhbərləri akkreditasiya prosesinin şəffaflıq şəraitində və obyektiv aparılmasından razılıqlarını ifadə edib, onlara göstərilən etimadı özlərinin uğurlu fəaliyyətləri ilə layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO