Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Prezident göstəriş verdi: HƏRƏKƏT BAŞLADI

16:38  |    14 İyul 2015  |   E-mail  |  Çapa göndər

“Ölkə başçısının 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlərə başlanılıb. İki və üç ulduzlu mehmanxanaların tikintisi və sahibkarların stimullaşdırılması, onların bu sahəyə marağının artırılması ilə bağlı tərəfimizdən müvafiq təşkilatlara məktublar hazırlanıb”.

QAZİLER.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

Şöbə müdirinin sözlərinə görə, mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi və düzgün qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlanır: “Həmçinin sahibkarlar, turizm təşkilatları və mehmanxana menecerləri ilə birgə aparılan işlər davam etdirilir”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycana gələn turistlərin sayının artdığını nəzərə alaraq turistlərə elektron vizanın qısa müddət ərzində verilməsi ilə bağlı aidiyyəti nazirlik tərəfindən qısamüddətli birgə fəaliyyət hazırlanacaq: "Ölkə başçısının tapşırıqları bir daha göstərdi ki, Azərbaycan prezidenti vətəndaşların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərlə yanaşı, Azərbaycan vətəndaşının istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqdan irəli gələn məsələləri həll edib Azərbaycan turizminin inkişafına dəstək olaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Sahil Babayev Kürdəmirdə vətəndaşlarla görüşəcək
14.11.2019
Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
14.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edirlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."