Polşa Azərbaycanlıları Şurasının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyevanın təşəbbüsü ilə "Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib.

Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin sözlərinə görə, soydaşlarımız Polşa-Azərbaycan Vikipediya Klubunun yaradılmasını planlaşdırırlar. Əsas məqsəd "Vikipediya"nın polyak dili bölməsində Azərbaycanla bağlı düzgün məlumatları əks etdirən məqalələrin yerləşdirilməsini təmin etməkdir. Klub üzvlərinə Milli Məclisin üzvü Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər