Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7365

Digər sorğular

Qarabağ qaziləri şəhid məzarları ilə bağlı Hikmət Hacıyevə MÜRACİƏT ETDİ - “Müdaxilə edin!”

13:15  |    27 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi, 17 şəhidin uyğun yerdə dəfn edilməməsi şəhid ailələrinin etirazına səbəb olub

Qaziler.az bildirir ki, bu etirazlar son günlər daha ciddi xarakter almaqdadır.

Yanvar ayının 26-da Qaradağ ərazisindəki qəbristanlıqda dəfn olunan şəhidlərin məzarlarının su basması bu etirazları daha da ciddiləşdirib. Şəhid ailələri dünən bütün günü həmin ərazidə olsalar da Yasamal rayonu icra hakimiyyətinin nümayəndələrindən başqa heç bir rəsmi qurum nümayəndəsi oraya gəlməyi “şəninə sığışdırmayıb” və heç bir dövlət rəsmisi bununla maraqlanmayıb. Qaradağ Rayon İcra Hakimiyyəti isə məsələyə tamamilə biganədir.

Bununla bağlı Qarabağ qazisi, “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə qazilər adından müraciət edib. O öz feysbuk hesabında H.Hacıyevə müraciət edərək məsələyə müdaxilə edib problemin aradan qaldırılmasına kömək etməyi xahiş edib: “Hörmətli, 44 günlük müharibədə xalqın sevgisini qazanmış Hikmət Hacıyevdən məzarlarını su basmış şəhid ailələrinə baş çəkməyi gözləyirik. Şəhid ailələri onu eşidər. Birbaşa məzarlığa gedər, inşallah, biz tanıdığımız Hikmət Hacıyev! Qazilərimiz adından xahiş edirik: Hikmət müəllim, müdaxilə edin!”
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.03.2021
Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim keçəcək
04.03.2021
Sabah Bakıda yağış yağacaq
04.03.2021
Xaricdən alınan mallara tətbiq edilən 300 dollarlıq rüsumsuz limit artırıla bilərmi? - AÇIQLAMA
04.03.2021
İsrail səfiri qazilərin müalicə olunduğu tibb müəssisəsini ziyarət edib - VİDEO
04.03.2021
Türkiyəli generaldan SƏRT AÇIQLAMA: "Qarabağ razılaşmasının şərtləri pozulur..." - VİDEO