Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7361

Digər sorğular

Xırdalanda baş verən partlayışla bağlı SON MƏLUMAT - VİDEO

22:03  |    26 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Ötən gün Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışdan sonra bugün saatlarla əməliyyat axtarış tədbirləri həyata keçirilib.

Partlayış nəticəsində dağılmış ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından ümumilikdə iki nəfərin meyiti çıxarılıb. 6 nəfər isə dağıntılar altından sağ çıxarılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Ötən gün axşam saatlarında Xırdalan şəhərində partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində axtarış-xilasetmə əməliyyatları dünən gecədən başlayaraq bugün günorta saatlarına qədər davam edib.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.

Dağıntılar altında qalmış 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi dünən gecə saatlarında çıxarılıb. Bir neçə nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Abşeron Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə oraya gətirilən 6 nəfərdən 5-i evə buraxılıb.

Davam edən axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 8 yaşlı Fatimə Musayevanın da meyiti çıxarılıb. Azyaşlı dünyasını dəyişmiş Aytən Musayevanın övladıdır. Fövqəladə hallar nazirliyinin yaydığı ən son məlumata görə dağıntılar altında qalan olmadığından axtarış-xilastemə işləri yekunlaşdırılıb.

Partlayışın təsirindən yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəyib. Baş Prokurorluğun İstintaq idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.Baş prokurorluqdan verilən məlumata görə hadisə yerinə baxış keçirilərkən ilkin olaraq müəyyən olunub ki, partlayış qaz sızması səbəbindən baş verib. Faktla bağlı cinayət işi başlanıb.

Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.03.2021
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
01.03.2021
İlham Əliyev və Mehriban Əliyeva Bakıda yaradılan tanker-muzeyinin açılışında - FOTO - VİDEO
01.03.2021
“Ermənilər yeni terror təşkilatı yaradıb, intensiv təlim keçirlər...” - Xəbərdarlıq
01.03.2021
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib - VİDEO
01.03.2021
Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınma mərasimində -FOTO