Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Hindistanda “TikTok” qadağan edildi

16:57  |    26 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Hindistan hökuməti Çinin mobil tətbiqlərinə qarşı sanksiyaları sərtləşdirib və populyar “TikTok”, “Baidu”, “WeChat” da daxil olmaqla, 59 tətbiqin ölkə ərazisində istifadəsini həmişəlik qadağan edib.

Bu barədə “Times of India” qəzeti Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat yayıb.

“Keçən həftə 59 Çin tətbiqinə fəaliyyətlərinin Hindistanda həmişəlik qadağan olunduğuna dair rəsmi bildirişlər göndərilib. Çin tətbiqlərinə qarşı addımlar Hindistanın suverenliyinə və bütövlüyünə, habelə dövlət təhlükəsizliyinə və ictimai asayişə zərər verən fəaliyyətlərlə əlaqədar olaraq Hindistanın informasiya texnologiyaları haqqında qanunu əsasında atılıb. Qadağalar həmçinin Hindistan şirkətlərinin məlumatların toplanması və işlənməsi, bu məlumatların məxfiliyi və təhlükəsizliyini qorumaq üsulları ilə bağlı sorğularına cavab olaraq Çin şirkətlərinin reaksiyasına görə tətbiq edilib”, - nazirlikdən vurğulanıb.

Tam qadağa “Android” və “iOS” əməliyyat sistemlərində işləyən bir sıra Çin mobil tətbiqlərinin istifadəçilərinin fərdi məlumatlarından sui-istifadəsi ilə bağlı çoxsaylı şikayətlərə cavab olaraq tətbiq edilib. O cümlədən bəzi proqramların cihaz sahiblərindən şəxsi məlumatlarını topladığı və sonradan Hindistan xaricində yerləşən serverlərə ötürdüyü iddia edilirdi.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.03.2021
Kiyev müharibəyə hazırlaşır - Separatçı lider
06.03.2021
Alimdən koronavirusla bağlı diqqətçəkən AÇIQLAMA
06.03.2021
İraqlı ərəblər Roma Papasını görün necə qarşıladı - VİDEO
06.03.2021
Helikopter qəzasında şəhid olan general haqda: hadisədən 1 saat əvvəl...
06.03.2021
Britaniyanın baş naziri: En sevdiyim sağlam yemək kababdır