Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Özəl klinikada vəfat edən pasiyent zabit imiş - TƏFƏRRÜATLAR

14:54  |    25 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Baku Medical Plaza (BMP) pasiyentin xəstəxanada vəfat etməsi ilə bağlı açıqlama verib.

BMP-dən “Report”a bildirilib ki, Azərbaycan Silahı Qüvvələrinin zabiti, 1982-ci il təvəllüdlü Rəşad Səbzulla oğlu Mahmudov meydana gələn simptomlara görə müraciət etdiyi Hərbi Hospitalda ona beynin mininqioması (xoşxassəli şiş) diaqnozunu qoyulub. Vəziyyətinin anidən pisləşməsi səbəbindən ailəsi Baku Medical Plazaya, yəni özəl xəstəxanaya müraciət edib:

“Dekabrın 15-də neyrocərrah Tural Rəhimli şişin alınması üzrə əməliyyat keçirib. Həkim əməliyyat üçün ödəniş götürməyib. Rəşad Mahmudovun həyat yoldaşı Yuliya xanımın sözlərinə görə, əməliyyatdan bir müddət sonra Rəşadda klebsiella infeksiyası nəticəsində aspirasion pnevmoniya aşkar edilib, nəticədə həkim onu reanimasiyada saxlamaq qərarına gəlib. Rəşad ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulub.

Klinikamızın reanimasiya şöbəsində mütəmadi olaraq infeksiya kontrol şöbəsi tərəfindən infeksiyalara qarşı nümunələr götürülür və bu nümunələrdə adı çəkilən klebsiella virusu aşkarlanmayıb. Bu tip viruslar hər insanın orqanizmində mövcud olan və immun sisteminin aşağı düşməsi ilə üzə çıxan viruslardır. Pasiyentin müalicəsi aspirasion pnevmaniya diaqnozu ilə reanimasiya şəraitində davam etdirilib. Klinika olaraq hərbçimiz üçün əlimizdən gələn hər bir şeyi etdik. Həkim heyəti və tibbi personalın səylərinə baxmayaraq təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı.

Qeyd edək ki, Rəşad Mahmudov səhhəti ilə bağlı Vətən müharibəsində iştirak etməyib”.

Xatırladaq ki,1982-ci il təvəllüdlü Rəşad Mahmudov Baku Medical Plazada baş nahiyəsindən əməliyyat olunub. Vəziyyəti ağır olan R.Mahmudov infarkt keçirərək dünyasını dəyişib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.03.2021
Həkim: “Koronavirusa yoluxma 500-ü ötsə, karantin sərtləşə bilər”
07.03.2021
Sabahın hava proqnozu açıqlanıb
07.03.2021
Ağdamın Suma kəndindən videogörüntülər
07.03.2021
ƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır
07.03.2021
Azərbaycanda son sutkada koronavirusa 403 yoluxma qeydə alınıb