Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6575

Digər sorğular

Prezident: “İpoteka kreditləşməsinə 200 milyon manat ayrılacaq“

23:35  |    13 İyul 2015  |   E-mail  |  Çapa göndər

“İlin axırına qədər iqtisadi artımın yüksək templəri və makroiqtisadi inkişaf templəri saxlanılması, dövlət investisiya proqramları, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsi vacibdir”.



APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu günNazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bölgələrin qaz, su və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Prezident İlham Əliyev bu layihələrin tam icrası ilə bağlı müvafiq vəsaitlər ayrılacağını, ölkədə meliorasiya tədbirləri davam etdirildiyini, sənayeləşmə prosesi uğurla getdiyi vurğulayıb. Dövlət başçısı yeni ixrac bazarlarının tapılması, rəqabətə davamlı məhsulların istehsal olunması və yeni iş yerlərinin yaradılması ilə bağlı göstərişlər verib, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, vergi daxilolmalarının tam təmin olunması, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb: “Yaxın vaxtlarda dərman preparatlarının qiyməti tənzimlənəcək və bu sahədə şəffaflıq təmin olunacaq. İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılacaq”.

Prezident İlham Əliyev bildirib ki, paytaxtda ekoloji vəziyyət getdikcə yaxşılaşır, Böyük Şor gölünün təmizlənməsi prosesi davam edir, Birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axını daha da sürətlənib.

Dövlət başçısı turistlərə viza verilməsinin tezləşdirilməsinin, aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınmasının vacibliyini vurğulayıb: “Birinci Avropa Oyunlarının keçirilməsi tarixi hadisə idi, bu Oyunlar Olimpiya Oyunları səviyyəsində keçirildi. Bu isə ölkəmizin potenstalını və gücünü göstərdi. 21-i qızıl olmaqla, ümumilikdə 56 medal qazanan idmançılarımız həm də Azərbaycanın idman ölkəsi olduğunu sübut etdilər. Birinci Avropa Oyunları xalqımızın və dövlətimizin təntənəsinə çevrildi”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
İstirahət günləri üçün hava proqnozu
22.11.2019
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıldı
22.11.2019
Elçin Əlibəylinin xanımı tərəfindən “döyülməsinə” rəsmi münasibət
22.11.2019
Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı - SƏRƏNCAM
22.11.2019
Sabahın hava proqnozu açıqlanıb