Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7365

Digər sorğular

Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki bazaları haralardadır?

15:14  |    24 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Məlum olduğu kimi, 10 noyabr üçtərəfli razılaşmasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti Ermənistanda 5 əlavə sərhəd-keçid məntəqəsi yerləşdirib.

Bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov noyabrın 13-də Prezident V.Putinlə görüşdə məlumat verib.

Qaziler.az Moderator.az-a istinadla xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, məğlub qəsbkar ölkənin bəzi siyasi dairələri Rusiyanın ərazisində əlavə sərhəd-keçid məntəqələrinin yerləşdirilməsinin Ermənistanın suverenliyinə zidd olduğunu bildirərək buna etiraz edirlər.

Buna əsas kimi 1992-ci ildə Rusiya Federasiyası və Ermənistan Respublikası arasında “Rusiya Federasiyasının Ermənistan Respublikasında yerləşən sərhəd qoşunlarının statusu və onların fəaliyyət şərtləri haqqında” müqavilədə Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd qoşunlarının yalnız Türkiyə və İranla sərhəddə dayanmalı olduqları göstərilir.

Materialda sözügedən 5 sərhəd-keçid məntəqəsi və sonradan əlavə olunmuş daha bir məntəqənin Azərbaycanla sərhədin hansı hissələrində yerləşdirildiyi göstərilir və onların fotoları təqdim edilir.

Bəhs edilən Rusiya bazalarından biri Azərbaycanın Laçın rayonunun Zabux kəndi ilə həmsərhəd olan Ermənistanın Tex kəndində, ikinci və üçüncüsü Naxçıvanla sərhəddəki Erasx və Paruyr-Sevak kəndlərində, dördüncüsü Zəngilan rayonunun Sığırt yüksəkliyi ilə həmsərhəd ərazidə, beşincisi isə Mehri ilə İran sərhədində yerləşdirilib.

Ermənistan milli təhlükəsizlik xidmətindən mediaya verilən məlumata görə, bu yaxınlarda ölkə ərazisində 6-cı əlavə Rusiya bazası da yaradılıb. Söhbət Qubadlı rayonunun Eyvazlı kəndi yaxınlığındakı Karmrakan kəndi ərazisində - Gorus-Eyvazlı-Vorotan (əsl adı Bərgüşad)-Şurnux-Qafan avtomobil yolunun üzərində yerləşən rus postundan gedir.

Yəqin ki, tezliklə Kəlbəcər, Gədəbəy, Qazax, Tovuz rayonları ilə sərhədlərdə də rus qoşunları yerləşdiriləcək və bu minvalla Rusiya Ermənistan sərhədlərinin, demək olar ki, hamısına nəzarət edəcək.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.03.2021
Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni nə qədər qısaldacaq? - VİDEO
03.03.2021
Paşinyan Qasparyanın həbsi ilə bağlı əmr verdi
03.03.2021
Ermənistan üçün 2 kritik ssenari - biri Paşinyanla, digəri...
01.03.2021
Nikol Paşinyan Ermənistan prezidentinin evinə gedib
01.03.2021
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə