Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Binəqədidə yanan binada təmir dayanıb: İşçilər maaşın kəsilməsindən narazıdır - FOTOLAR

22:54  |    13 İyul 2015  |   E-mail  |  Çapa göndər

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğından sonra aparılan təmir-bərpa işlərində problemlər yaranıb. Təmiri həyata keçirən tikinti icraçıları və fəhlələr rəhbərlikdən narazıdırlar. Yanan binadan reportaj hazırlayarkən bunun şahidi olduq.

Binanın təmiri "Azəraqrartikinti" ASC-ə həvalə olunub. Qurumun Bərdə filialının idarə rəisi Emil Hacıyevə isə binanın tam şəkildə təmir edilib, təhvil verilməsi tapşırılıb. İş icraçısı Cəfər Şərbətov və Yaşar Hüseynov E.Hacıyevin işçilərə vəd verilən məbləği ödəməkdən imtina etdiyini, hətta onları hədələdiyini iddia edirlər.

C.Şərbətovun sözlərinə görə, işçilərə qəpik-quruş verən E.Hacıyev şikayət edəcəkləri təqdirdə, onları “oğurladacağını” deyib: “Tabeliyimdə 60-dan çox fəhlə var. Biz bu işi danışanda başqa məbləğ dedilər, əmələ gəldikdə isə tamamilə başqa məbləğdə pul verdilər. Məsələn, iki otaqlı mənzilin sökülməsi üçün 300 manat deyilmişdi, lakin 200 manat verildi. Üç otaqlı mənzilin sökülməsi üçün isə 350 manat deyilmişdi, lakin maaşlar veriləndə 250 manat aldıq. Yanmış mənzillərin əşyalarının daşınması üçün ümumiyyətlə, pul verilmədi. Binada ən çox zəhmət tələb edən hörgü və suvaq işləridir. Burada da bizi aldatdılar. Biz may ayının 24-də işə başlamışıq. Bir ay ərzində mənzillərin sökülməsi, hörgü, binanın daxili divarlarının, pəncərə və qapı yamaclarının suvanması, tavana alçipan vurulması kimi işləri görmüşük. Bütün bu işlərdə bizim haqqımızı kəsiblər. Bu işlərin başında isə Emil Hacıyev durur”.

Şikayətçi dəfələrlə müraciət etmələrinə baxmayaraq, E.Hacıyevin hədə-qorxu gələrək, təklif olunan məbləği ödəməkdən imtina etdiyini deyir: “3 gündür ki, bütün işləri dayandırmışıq. Nə vaxt dedikləri kimi işləmək istəsələr, onda işə başlayarıq. Binada işlər başdansovdu aparılır. Heç bir tikinti-təmir qaydalarına əməl olunmur. Deyəndə də, “Sən kimsən? Öz işini gör” deyirlər. Bir dəfə müraciət edəndə E.Hacıyev dedi ki, “Özünüzü yığışdırın. Bir gecəyə oğurlatdıraram sizi”. Biz bu özbaşınalıqla bağlı Əmək Müfəttişliyinə də müraciət etmişik. Lakin hələlik bir tədbir görülməyib”.



Məsələ ilə bağlı tikinti-təmir işlərinə rəhbərlik edən Emil Hacıyev ilə əlaqə saxladıq. Təmir işlərinin qaydasında getdiyini bildirən qurum rəsmisi iddiaların həqiqəti əks etdirmədiyini dedi: “Binada işlər tam qaydasında gedir, heç bir problem yoxdur. Biz ayrılan vəsaitə uyğun hərəkət edirik, heç kimə yalan vəd verməmişik. İş icraçıları yanımdadır. Onlardan da soruşa bilərsiniz”.

Xatırladaq ki, bu ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binası yanmışdı. Hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Cavanşir ABBASLI,
Fotolar müəllifindir
musavat.com


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO