Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Erməni tarixçi: Qarabağda ədalət qalib gəldi, təbrik edirəm!

19:55  |    23 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

İkinci Qarabağ müharibəsinin bitməsi erməni xalqı üçün böyük imkanlar yaratdı. Artıq onlar tamamilə başqa bir həyata başlaya bilər. Çünki bundan sonra erməni xalqı başqasının ərazilərini artıq yük kimi çiyinlərində daşımağa məcbur olmayacaqlar.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri erməni əsilli Ukrayna tarixçisi və tədqiqatçısı Filipp Ekozyans bildirib. Onun sözlərinə görə, bu müharibədə Azərbaycan əsgəri vətənini müdafiə edirdi:

“Erməni hərbçiləri və könüllüləri düşünürdülər ki, onlar da vətənlərini qoruyurlar. Onlar bu fikirlə öldülər. Sadə insanlar üçün həqiqətin harada olduğunu və yalanların harada gizləndiyini anlamaq çox çətin olur. Bu, uzun bir prosesdir və Qarabağ müharibəsində həlak olmuş ermənilər təəssüf ki, artıq heç vaxt həqiqəti bilməyəcəklər. Onlar artıq bu prosesə qatıla da bilməyəcəklər. Mən demək istəyirəm ki, erməni tarixi indi bizim bildiyimiz kimi deyil. Həqiqət kənarda qalıb. Heç bir Ermənistan dövləti, heç bir “Böyük Ermənistan” olmayıb. Erməni əsgərləri yad ərazilərdə həlak oldular. Ancaq bütün bu adamların günahı yox idi. Onlar böyük bir yalanın qurbanı oldular. Günahkarlar bu yalanı illərdir erməni xalqının başına və qəlbinə yeridən bizim “tarixçilər” və “siyasətçilərdir”, - deyə o qeyd etdi.

Ekozyans çıxışı zamanı Azərbaycan xalqını qələbə və ərazi bütövlüyünün bərpası münasibəti ilə təbrik edib: “Mən erməni xalqını da təbrik edirəm ki, onların tamamilə başqa həyatı başlayır. Tarixin başqa bir dövrü. Ümüd edirəm ki, ermənilərin əksəriyyəti hələ sağlığında öz həqiqi tarixini öyrənə biləcək", - deyə tədqiqatçı vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2021
Ermənistanda hərbi çevriliş Bakıya böyük şans verər
25.02.2021
“Noyabrın 10-da Ermənistan Bakıya raket atıb” - Rusiyadan sensasion açıqlama
25.02.2021
“İrəvana ordu yeridiləcək, Qasparyan Paşinyanı devirəcək“ - AÇIQLAMA
25.02.2021
Türkiyə prezidentinin sözçüsündən Erməsintanda baş verən hadisələrə REAKSİYA
25.02.2021
Paşinyan Putinə zəng edib