Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7365

Digər sorğular

Səhra rejimində xidmət edən hərbçinin məvacibi ən azı üçqat olmalıdır

09:53  |    23 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Qarabağı azad edərək “İrəli” gedən Zabitin, Gizirin və Əsgərin maaşını “Geri” yönləndirmək olmaz!

Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü 44 günlük savaşda sübut etdi. Zabit və əsgər olmasından asılı olmayaraq hər bir hərbçiyə hər birimizin diqqəti artdı. Bəs maddi olaraq hərbçi əməyinin qiymətləndirilməsi qənaətbəxşdirmi?

1996-1998-ci illərdə qardaş Türkiyə hərbi ixtisasartırma kurslarında olanda orada müxtəlif səviyyələrdə zabitə qoyulan hörmətin şahidi olmuşam. İnflyasiyını nəzərə alaraq, demək olar ki, hər ay məvaciblərinə “zam” gəlirdi. Təqaüdə çıxan zabitə isə əlavə olaraq ev almağa yetəcək qədər maliyyə vəsaiti verilirdi. “Öz ordusunu yedirtməyən xalq başqa dövlətin ordusunu yedirdər”- deyiblər axı.

Bu yazıda son bir neçə gündə geniş müzakirə olunan hərbçilərin məvacibi, daha doğrusu onun “neçəqat” olmalı olduğundan danışmaq istəyirəm.

1999-cu ildə cəbhə bölgəsində xidmət etdiyim bölməyə gələn bir yüksək ranqlı məmur, bizim ikiqat maaş almağımızı xatırladıb, necə deyərlər “minnət qoymaq” istədi. Hazırcavab zabit yoldaşımın ona təqdim etdiyi hesabat yadımdan çıxmır. Həftədə 5 gün işləyən hər hansı işçini götürək. 52 həftənin şənbə və bazar günlərini cəmləyəndə 104 gün edir. Bir ay məzunuyyət və 20 əlamətdar günü əlavə etsək, 154 gün işdə olmadığı məlum olur. Demək, 211 iş günü qaldı, bu rəqəmi iş saatı olan 8-ə vursaq 1688 saat alınır. Bu isə 70 günə bərabərdir. Deməli, cəbhə bölgəsində olan hərbçi mülki işçiyə nisbətən 5,22 dəfə çox “işləyir”. Amma cəmi 2 dəfə artıq maaş alır.

Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2020-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Yəni, bu o deməkdir ki, qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edib.

İndi hərbi qulluqçuların məzunuyyətə çıxdığını nəzərə alsaq belə, səhra rejimində xidmət edən hərbçilərimizin kazarma vəziyyətində xidmət edən həmkarlarından 2-3 dəfə, mülki işçilərdən isə 3-4 dəfə artıq maaş almalı olduğuna haqq verməliyik.

İndisə digər ölklərdə zabitlərin maaşlarının nə qədər olduğuna baxaq.

2020-ci ildə Ermənistanda leytenant rütbəsində olan zabitin orta aylıq gəliri 291 400 dram - 560 dollar olub.
https://visasam.ru/emigration/pereezdsng/zarplata-v-armenii.html#i-3

Ötən il dekabrın 21-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezdenti Vladimir Putinə hərbi qulluqçuların maaşının qaldırılması ilə bağlı müraciət edib. Bu il rus hərbçilrəinin məvaciblərinin 5,6 faiz qalxacağı gözlənilir. Ukraynada isə bu rəqəm 10 faiz olacaq.

Almaniyanın Bundesver adlanan Silahlı Qüvvələrində leytenat 1və ya 8-ci dərəcədən asılı olaraq 2700-3499 avro maaş alır. Əgər evlidirsə 140 avro, 1 uşağı varsa 259 avro, 3 uşağı varsa 371 aylıq əlavə verilir. Bayram günləri və gecə növbətçiliyinin hər saatı üçün 2,5 avro alırlar. https://zarplata-es.com/zarplata-voennyh-v-germanii/

Mən Almaniyada  jurnalistin ayda orta hesabla 1929 avro maaş aldığını deyib, ona görə müqayisə aparmıram ki, hərbçilərimiz bizim 27 il ərzində yazdıqlarımızı, arzuladıqlarımızı 44 günə həyata keçirdilər!

Qarabağı azad edərək “İrəli” gedən Zabitin, Gizirin və Əsgərin maaşını “Geri” yönləndirmək olmaz! Bunu etmək istəyən məmurun qısa müddətə də olsa 7x24 saatlıq iş rejimiylə Laçında, Qubadlıda, Hadrutda, Füzulidə, Ağdamda, Suqovuşanda, Talışda, Şuşada, Daşaltıda …. xidmət eləsə, fikrini dəyişəcəyinə əminəm.

Eşq olsun Azərbaycan Ordusuna!

Şöhrət Eyvazov, hərbi jurnalist, Qarabağ müharibəsi veteranı
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.03.2021
Nuru Paşanın vəfatından 72 il ötür
25.02.2021
Xocalı soyqırımı qurbanlarının xatirəsinə işıqlı kompozisiya - VİDEO
24.02.2021
Dünya ölkələrinin intihar reytinqi - Azərbaycan neçənci yerdədir?
22.02.2021
Azərbaycanda qızları intihara sövq edən qurum...
22.02.2021
Niyə uşaqlar ömürlərinin çiçək vaxtında intihar edir? - Səbəb cəmiyyətdədir, yoxsa ailədə?