Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7361

Digər sorğular

Qarabağ ilə bağlı yeni sayt istifadəyə verildi - FOTO

21:28  |    22 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Azərbaycan Turizm Bürosu (ATB) “WhereisKarabakh.com” (“Qarabağ harada yerləşir?”) veb-saytını istifadəyə verib.

Bu barədə ATB-dən məlumat verilib.

Platformanın yaradılmasında məqsəd dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdan ibarətdir.

ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmit veb-saytla bağlı bunları qeyd edib: “Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına imkan yaradır. Bundan əvvəl isə bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir. “WhereisKarabakh.com” veb-saytının yaradılması da məhz bu missiyanı daşıyır”.

İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə, eləcə də “Qarabağ” toponiminin mənşəyi, regionun tarixi, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, Qarabağ atları və təbiəti haqqında məlumatlar əldə edə bilərlər.

Məlumatlandırma pəncərəsində veb-sayt ziyarətçilərinin daha ətraflı məlumatlar almaları üçün isə “Azerbaijan.travel” platformasının Qarabağla bağlı tərtib olunmuş səhifəsinə keçid etmək təklif olunur.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.03.2021
İlham Əliyev və Mehriban Əliyeva Bakıda yaradılan tanker-muzeyinin açılışında - FOTO - VİDEO
01.03.2021
“Ermənilər yeni terror təşkilatı yaradıb, intensiv təlim keçirlər...” - Xəbərdarlıq
01.03.2021
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib - VİDEO
01.03.2021
Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınma mərasimində -FOTO
01.03.2021
Bir başqa 26 fevral... - Qənirə Paşayevanın yazısı