Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

COVID-19-un ağır gedişatının səbəbi açıqlanıb

21:00  |    22 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Alimlər koronavirusun ağır gedişatının autoimmunitet ilə əlaqəli yeni səbəbini açıqlayıblar.

Bu barədə “RİA Novosti” “Nature”yə istinadən məlumat verib.

Qeyd olunur ki, ekspertlər orqanizmin immunitet sisteminin elementlərinə və ya ürək də daxil olmaqla, müxtəlif orqanlardakı bəzi zülallara hücum edən “qabılğan” antikorların rolunu təyin ediblər.

“Adətən qısamüddətli sistem pozuntularına səbəb olan sitokin fırtınalarından fərqli olaraq, autoantikorlar dəqiq müəyyən edilmiş, lakin uzun müddətli ziyana səbəb olur”, - Yel Universitetinin immunoloqu Akiko İvasaki söyləyib.

Mütəxəssislər müxtəlif dərəcəli ağırlıqda olan 194 COVID-19 xəstəsini və səhiyyə işçisini geniş spektrli autoantikorların olması ilə bağlı müayinə ediblər. Tədqiqatlar SARS-CoV-2-nin bədənin öz toxumalarına hücum edən autoantikorların istehsalına səbəb ola biləcəyini göstərib. Bəzi yoluxmuş xəstələrdə koronavirusun ən çox təsir etdiyi damarlarda, ürəkdə və beyində zülallara qarşı “işləyən” autoantikorlar aşkar edilib.

Alimlər indi yalnız COVID-19-un deyil, həm də digər viral xəstəliklərin nəticələrinin müalicəsinə daha çox kömək edəcək autoantikorların istehsal mexanizmini müəyyənləşdirmək niyyətindədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2021
ÜST-dən şad xəbər: “Pandemiya nə zaman başa çatır?”
23.02.2021
Stresdən əziyyət çəkənlərin TƏBİİ DƏRMANI - Hər axşam 1 stəkan...
22.02.2021
Alimlər eynəkdən istifadənin pandemiya zamanı faydasını aşkarladılar
20.02.2021
Balıq qızardanda unlamayın - Mütəxəssislərdən XƏBƏRDARLIQ
20.02.2021
Peyvəndin ilk dozu vurulduqdan sonra maska ​​taxmaya bilərik?