Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7360

Digər sorğular

Sabah Bakıda geniş iməcilik keçiriləcək

20:19  |    22 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Yanvarın 20-dən başlayaraq Bakı şəhərinə yağan ilk qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.

Qazilər.az-ın məlumatına görə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib ki, qar yağmış ərazilərdəki prospekt, küçə və yollar gecə saatlarında burada növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənmiş, bəzi yerlərə duz səpilib.

Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsinə, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulmasına, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.

Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sinmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.

Qeyd olunub ki, sabah yanvarın 23-də Bakı Şəhər İcra Hakimiyyəti strukturları üçün iməcilik elan edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.02.2021
Sərvəti ifşa olunan məmurların əks hücumu
28.02.2021
Şəhid əsgərinin kədərini gözündə daşıyan general
28.02.2021
“Laçın dəhlizində və Qarabağda qüvvələrimizi möhkəmləndirməliyik, çünki...”
28.02.2021
Maskasız günlərə nə zaman qayıdacağıq? - Professor açıqladı
28.02.2021
Xocavənd rayonunun Çiraquz kəndi - VİDEO