Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7360

Digər sorğular

Rusiya yenidən Azərbaycana qadağa qoydu

20:44  |    22 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub.

Qazilər.az quruma istinadən xəbər verir ki, bunlar “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

Adları çəkilən hüquqi və fiziki şəxslərə məxsus pomidorlar Dağıstan gömrük-keçid məntəqəsində yoxlanılarkən onlarda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.

Artıq "Rosselxoznadzor" Azərbaycanın pomidor ixracı ilə bağlı səlahiyyətli qurumuna (Qida Təhlükəsizliyi Agentliyinə) problemlə bağlı müraciət edib. Müraciətdə Rusiyanın və beynəlxalq fitosanitariya tələblərinin pozulmasının qarşısını almaq üçün tədbirlər görmək, sözügedən pomidor istehsalçılarına fitosanitar sertifikat verilməsini dayandırmaq istənilir.

Qeyd edək ki, hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinin Rusiyaya pomidor ixrac etməyə icazə verilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2021
“Azərlotereya”nın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı
27.02.2021
Bu gündən açılan yarmarkalardakı QİYMƏTLƏR
24.02.2021
Qaz və işığın limiti ləğv oluna bilərmi? - Açıqlandı
23.02.2021
"Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..." - Nazirlikdən açıqlama
23.02.2021
Bu il Bahar yarmarkasının qapıları açılacaqmı? - VİDEO