Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Aleksey Navalnının mətbuat katibi saxlanıldı

11:53  |    22 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Qurucusu rusiyalı müxalifətçi Aleksey Navalnı olan Korrupsiya ilə Mübarizə Fondunun (KMF) iki əməkdaşı polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Dojd” telekanalı yayıb.

Bildirilib ki, saxlanılanlar A.Navalnının mətbuat katibi Kira Yarmış və KMF-nin əməkdaşı Georgi Alburovdur.

Məlumata görə, Kira Yarmışı evindən aparıblar. 31 yaşlı qadının saxlanılmasında polisin 5, ekstremizmlə mübarizə şöbəsinin 2 əməkdaşı iştirak edib.

Siyasətçinin mətbuat katibi bununla bağlı tvitterdə yazıb:

“Məni birgecəlik inzibati qaydada həbs olunanların kamerasında saxlayacaqlar. Məhkəmə sabah olacaq, saatı məlum deyil. Yanvarın 23-ü əfsanəvi olacaq”.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. O, sınaq müddətini dəfələrlə pozmaqda təqsirli bilinir. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir. A.Navalninin həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 50 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bir çox bölgələrində kütləvi mitinqlər planlaşdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2021
Bu ölkədə hadisə: Siyasətçi intihar etdi
24.02.2021
Sloveniya baş nazirinin Quranla bağlı paylaşımı kəskin reaksiyaya səbəb oldu
24.02.2021
Belçikada Xocalı şəhidləri yad edildi - FOTO
24.02.2021
Ərdoğan: “Nə edirlər etsinlər, Türkiyəni parçalaya bilməyəcəklər”
23.02.2021
Edamdan əvvəl ölən qadının cansız bədəni dar ağacına asıldı