Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Baydenin inaqurasiyasında eks-ledilərin oxşar geyimləri hansı məqsəd daşıyıb? - FOTO

20:30  |    22 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Ötən gün ABŞ-da prezident səlahiyyətləri dörd illik hakimiyyəti sona çatan Donald Tramdan Co Baydenə keçdi.

Oxu.az “Hürriyet”ə istinadən xəbər verir ki, atası yamaykalı, anası hindistanlı olan, ilk qadın və qaradərili vitse-prezident Kamala Harris də Baydenlə birgə and içib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama və Bill Klinton da partiyadaşları Baydenə dəstək üçün mərasimdə iştirak ediblər.

Mərasimdə ən çox diqqət çəkən məqam isə Ağ Evin yeni və eks-ledilərinin Kamala Harrisin geyiminə oxşar seçim etdikləri olub.

Co Baydenin xanımı Dr. Cilli Bayden, Mişel Obama və Hillari Klinton Kamala Harrisin üst geyimi ilə eyni - mavi və bənövşəyinin tonlarında geyiniblər.

Bu, siyasətçilərə və moda şərhçilərinə görə, onların həm Amerika xalqına, həm də dünyaya mesajı kimi qiymətləndirilib.

Bənövşəyi rəng ABŞ-da demokratların simvolik rəngi, mavi və qırmızı isə respublikaçıların daha çox üstünlük verdikləri rəngdir.

Bütün geyimlərin mavi və qırmızının vəhdəti bənövşəyi tonlarda olması Ağ Ev rəhbərliyinin ABŞ və dünyaya ölkənin iki siyasi partiyasının, yanaşmalarının arasında birlik və uyğunlaşma olacağı anlamında qiymətləndirilib.

Şıklığı ilə seçilən Melaniya Tramp isə həyat yoldaşının hakimiyyətə vida mərasiminə qara geyimlə qatılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2021
Donbasda savaşa ciddi hazırlıq gedir: yazda baş verəcək...
25.02.2021
Dünyada koronavirus qurbanlarının sayı 3 milyona yaxınlaşır
25.02.2021
Londonda “Justice For Khojaly” aksiyası - FOTO
25.02.2021
Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI
25.02.2021
Azərbaycan diasporu Niderland parlamenti və senatına müraciət edib