Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Şuşa uğrunda şəhid olan çavuşun qohumu: “Ailəsi toyuna hazırlaşırdı” - FOTO

18:56  |    21 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


İkinci Qarabağ müharibəsinin şəhidlərindən biri də çavuş Mirzəyev Orxan Mehman oğludur.

1993-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olan qəhrəmanımız O.Mirzəyev barədə Oxu.Az-a onun əmisi oğlu Bilal Mirzəzadə məlumat verib.

O bildirib ki, O.Mirzəyev müharibənin ilk günlərindən ön cəbhəyə gedənlərdən olub:

“Əmim oğlu Orxan döyüşə gedəndə ailəsi, sevdikləri ilə vidalaşdı. İlk olaraq, Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları bizə Orxanın mərdliyindən, cəsarətindən danışıb. Füzulidən sonra Şuşa uğrunda gedən döyüşlərə qatılıb və döyüş yoldaşları ilə birgə torpaqlarımızı düşmənlərdən təmizləyib”.

“Sonuncu dəfə ailəsi ilə oktyabrın 29-da danışıb”

B.Mirzəzadə deyir ki, şəhid çavuş O.Mirzəyev 2013-cü ildən müddətdən artıq həqiqi hərbi xidmətdə olub:

“Orxan çox vətənpərvər idi. Hərbi hissədə hər kəs onun igid, qorxmaz olduğundan danışırdı. Ailəsi ilə çox əlaqə qura bilmirdi. Amma onun barəsində bizə döyüş yoldaşları məlumat verdi. Şəhid olduğunu da bizə dostu xəbər vermişdi. Birinci inanmadıq, yanlışlıq olduğunu düşündük.

Müdafiə Nazirliyinə müraciət etdik, məlumat almaq istədiyimizi dedik. Təəssüf ki, rəsmi olaraq Orxanın şəhid olduğu təsdiqləndi. Nişanlı idi, ailəsi toyuna hazırlaşırdı. Əmim oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

27 yaşlı şəhid çavuş Orxan Mirzəyev noyabrın 10-da doğulduğu rayonda torpağa tapşırılıb.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən, çavuş Orxan Mirzəyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2021
“İsgəndər” Azərbaycanı yox, İrəvanı vurdu - Ağar
24.02.2021
Şəhərlər üzrə milli qiymətləndirmənin nəticələri təhlil edilib
24.02.2021
“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
24.02.2021
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi nümayiş etdirilib - VİDEO
23.02.2021
Qubadlının Hal kəndindən görüntülər - VİDEO