Benilüks Azərbaycanlıları Konqresi (BAK) 20 Yanvar faciəsinin araşdırılması üçün Niderland Parlamentinin deputatlarına müraciət edib.

Bildirilib ki, hadisələrdən 31 il keçməsinə baxmayaraq, xalqımız həmin dəhşətli günləri unuda bilmir: "O zaman SSRİ liderləri, o cümlədən bu əmri imzalamış Mixail Qorbaçov məsuliyyətə cəlb olunmadılar, 20 Yanvar hadisələri isə beynəlxalq hüquqa uyğun olaraq qiymətləndirilmədi".
Məktubun sonunda Niderlanddakı 30 minlik azərbaycanlı icmasının adından deputatlara müraciət olunub: "Biz beynəlxalq hüquq normalarının pozulmasının araşdırılmasını və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını istəyirik. Sonra isə beynəlxalq məhkəmə Azərbaycan xalqı və zərərçəkənlər adından qərar qəbul edə bilər".
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər