Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6961

Digər sorğular

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iftar süfrələri açır

20:10  |    13 İyul 2015  |   E-mail  |  Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilir


QAZİLER.AZ saytı xəbər verir ki, DQİDK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.

Artıq paytaxtla yanaşı, bir neçə bölgədə belə iftar süfrələri təşkil ounub. Məsələn, Bakıda, Şamaxıda, Ağdam, Ağcabədidə keçirilən belə tədbirlərdə DQİDK ilə yanaşı, yerli icra hakimiyyətlərinin nümayəndələri, dini icma üzvləri, ağsaqqallar, gənclər, həmçinin, dindarlar iştirak ediblər.

Dövlət Komitəsinin nümayəndələri qeyd ediblər ki, ölkə rəhbərliyi hər zaman dindarlara diqqət və qayğı göstərir, dindarların ibadəti üçün hər cür şərait yaradılır. Onlar həmçinin dövlətin dinə diqqət və qayğısının təməlinin Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıblar.

Çıxış edən dindarlar göstərilən diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlıqlarını bildirib, bu cür tədbirləri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Prezident İlham Əliyev: “Generalın qisası alındı”
15.07.2020
Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - FOTO - VİDEO
15.07.2020
Ermənilər Yerevandakı Ukrayna səfirliyinə hücum etdilər - VİDEO
15.07.2020
Ermənistan vətəndaşı Naxçıvana keçib - VİDEO
15.07.2020
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib