Koronavirus peyvəndi Azərbaycana gətirildikdən sonra ilk növbədə poliklinikalarda vaksinləşmə başladı.

Ailələr yaşlı ailə üzvlərinin məcburi peyvənd ediləcəyindən narahatdır. Ümumiyyətlə, peyvənd məcburi vurula bilərmi?
Tibbi hüquqşünas, professor Vüqar Məmmədov hüququ baxımdan vaksinasiya prosesini izah edib.
Peyvəndə dəvət olunan şəxs nə etməlidir?
“Hüquq vətəndaşa heç bir təsir və təzyiq olmadan könüllü peyvəndin vacibliyini bildirir. Bu könüllü razılıq prinsipləri əsasında olmalıdır. Vətəndaş istəmirsə, ona nəinki peyvənd, ümumiyyətlə, heç bir tibbi müdaxilə etmək olmaz.
Vətəndaşın ixtiyarı var ki, peyvənd haqqında məlumatı, təlimatı öyrənsin. Ona ətraflı məlumat verilməlidir: vaksin hara istehsalıdır, instruksiyasında nələr var, hansı yan təsirləri ola bilər. Tərcüməsi yoxdursa, tələb edə bilər.
Prezidentin də qeyd etdiyi kimi Azərbaycanda koronavirus peyvəndi könüllüdür. İndi internetdə də, Wikipediada-da Azərbaycana gətirilən Çin peyvəndi haqqında məlumat, təlimat var. Oxusunlar, maariflənsinlər. Vətəndaş peyvənd qərarını özü verməlidir, başqasının fikri ilə qərar vermək olmaz.
Vətəndaşı istənilən halda peyvəndə məcbur etmək hüquqa ziddir”.
Medicina.az
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər