Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

“Təcrübəsiz əsgərləri XTQ ilə döyüşə göndərdilər...” - Erməni fəal

19:56  |    20 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda yaranmış xaos, qeyri-peşəkarlıq, fərarilik və digər neqativ hallarla bağlı yeni məlumatlar üzə çıxıb.

Azvision.az xəbər verir ki, tanınmış erməni ictimai fəal Aram Gevorqyan 44 günlük müharibədə öldürülmüş daha bir təcrübəsiz əsgər haqqında məlumat paylaşıb.

O bildirib: “Qorq Karapetyan ötən il avqustun 13-də orduya çağırılmışdı. Müharibə başlayanda cəmi 40 günün əsgəri idi. Bu 40 günün 20-si koronavirusa görə izolyasiyada keçib. Ona görə də əsgər cəmi 22 gün hərbi hazırlıq görmüşdü. Oktyabrın 25-də xüsusi tapşırığın həyata keçirilməsi zamanı 15 nəfərlik qrupdan 11 hərbçi yerindəcə öldürüldü. Bu qrupdan 2 nəfər isə xəstəxanada öldü. Qorq 11 hərbçinin arasında olub. 22 gün hərbi hazırlıq görmüş əsgər xüsusi hərbi tapşırığı yerinə yetirməyə göndərilir”.

Gevorqyan deyir ki, təcrübəsiz əsgərlərin ölməməsi üçün komandirlərin onları bunkerlərdə gizlətməsi barədə müxtəlif xəbərlər eşidib. Amma Georgi Karapetyan və Liona Lonyanın Qorq haqqında danışdıqları bunun əksini göstərir:

“Bu sübut edir ki, uşaqları, 20-30 günlük hərbi hazırlıq görmüş əsgərləri azərbaycanlı xüsusi təyinatlıları ilə döyüşməyə göndərən komandirlər olub. Qorqun valideynləri onu bir dəfə də olsun hərbi geyimdə görə bilmədilər. Dəfn mərasimində tabut bağlı idi. Qorqun cəmi 21 yaşı olmuşdu”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2021
Erməni ictimai xadim: “Bu anda minlərlə əsgər qarın üstündə yatır”
23.02.2021
Ermənilərin minalanmış ərazilərlə bağlı xəritə oyunu - VİDEO
23.02.2021
Ermənistan rəsmisindən etiraf: “1600 erməni hərbçisi hələ də itkindir”
22.02.2021
General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT
22.02.2021
Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsində maraqlıdır