Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

19:41  |    20 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Türkiyənin Trabzon limanını idarə edən “Trabzon Liman İşletmeciliği A.Ş.” şirkətinin baş direktoru Müzəffər Ermiş limandan yükdaşımaların artması üçün ümidlərini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırmasına, Naxçıvandan Azərbaycana dəhlizin açılmasına və Ermənistanla sərhədlərin açılmasına bağlayıb.

Virtualaz.org xəbər verir ki, Müzəffər Ermiş bu haqda “Deniz Haber” portalına danışıb. Deyib ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinindən sonra yeni administrasiyanın İrana qarşı sanksiyaları yumşaldacağına ümid edirlər. “Trabzon limanının tranzit ticarətində önəmli rolu var. Lakin İrana qarşı tətbiq edilmiş ABŞ sanksiyaları nəticəsində tranzitin üzərindəki ən önəmli ölkə olan İranın idxal əməliyyatları kəskin azalıb. ABŞ İrana qarşı sanksiyaları yumşaltsa, Trabzon limanından daha çox yük ötürə biləcəyik”, - o bildirib.

Müzəffər Ermiş Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ müharibəsinin də tranzit yükdaşımaları üçün yeni vəziyyət yaratdığını bildirib:

“Azərbaycanın işğal edilmiş torpaqlarını geri alması və bu arada Naxçıvanla Azərbaycan arasında dəhlizin açılmasına dair razılaşmanın əldə olunması bölgəmizə müsbət təsir edəcək. Bölgədə sülhün təmin edilməsi ilə Ermənistana qarşı tətbiq edilmiş embarqonun da qaldırılması gündəmə gələcək. Bu məsələdə hörmətli Əliyev müsbət yanaşma içərisindədir. Ermənistana qarşı embarqoların aradan qaldırılması və Naxçıvan dəhlizinin açılması halında ümid edirəm ki, Trabzon limanı Ermənistan və Azərbaycanın Avropaya açılacağı ən önəmli tranzit qapısı olacaq”.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.03.2021
Putin Xameneinin ona yazdığı məktubunu cavablandırdı
06.03.2021
Cavad Zərif erməni həmkarı ilə telefonla danışıb
06.03.2021
Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
06.03.2021
Ya Azərbaycan Ordusu girəcək, ya da... - Ovannisyan
06.03.2021
"Putinin məni öldürtdürməsindən qorxuram" - SENSASİON AÇIQLAMA