Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Sabiq icra başçısı vəfat etdi - YENİLƏNİB

18:49  |    19 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


İsmayıllı rayonunun sabiq icra başçısı Mirdaməd Sadıqov vəfat edib.

Qaziler.az APA-ya istinadən məlumatına görə, bir müddət əvvəl Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən M.Sadıqov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, M. Sadıqov 1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.

M. Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Vəfat edənə qədər UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsində işləyirdi.

13:41

İsmayıllının sabiq icra başçısı Mirdaməd Sadıqovun səhhəti ağırlaşıb.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, M. Sadıqov hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. O, aparata qoşulu vəziyyətdədir.

Qeyd edək ki, bir müddət əvvəl M. Sadıqov koronavirusa yoluxub, sağaldıqdan sonra səhhətində əlavə problemlər yaranıb.

Bildirək ki, 71 yaşlı eks-icra başçısı 2013- cü ildən 2020-ci ilə qədər İsmayıllı rayonuna rəhbərlik edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2021
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
25.02.2021
“Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb?” – İlham Əliyev
25.02.2021
Fahrettin Koca Türkiyədə müalicə olunan 3 qazimiz haqda danışdı
25.02.2021
Hərbçilərin maaşlarına əlavələr ediləcək
25.02.2021
“Xudayar təsnifi”nə piano ilə yeni nəfəs verildi - VİDEO