Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Ohanyan: “Şuşada itkilərimiz çox oldu”

17:51  |    19 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan "Azadlıq" radiosuna verdiyi müsahibədə Şuşa şəhərinin iki səbəbə görə itirildiyini açıqlayıb.

Azvision.az xəbər verir ki, o, əvvəlcə idarəetmə səviyyəsinin aşağı olduğunu deyib. İkinci səbəb kimi isə həmin vaxt Şuşa istiqamətində düzgün əlaqə qurmaq üçün ilkin nəzarət nöqtəsinin olmamasını göstərib.

"Məsləhət verdim, amma qulaq asan lazım idi. Doğru taktika seçildiyi yerlərdə mühəndis quruluşları yaxşı idi. Nizam-intizamın güclü olmadığı nöqtələrdə mühəndis qurğularını düzgün təşkil etmədilər. Orada çoxlu itkilərimiz oldu. Yaxşı intizam olsaydı, məğlubiyyətlərimizin demək olar ki, yarısı olmazdı”.

Ohanyan, həmçinin müharibənin ilk günlərində dayandırılması ehtimalından da söz açıb:

“Sentyabrın 28-dən 29-a keçən gecə Qarabağda müdafiə ordusunun komandanlıq postunda idim. 30 sentyabrda hərbi-siyasi vəziyyəti qısa təhlil etdim və müvafiq təkliflər verdim. “Artsax” (Qarabağda olmuş qondarma rejim-red) və Ermənistan rəhbərliklərinin danışıqlar prosesini bərpa etmək və müdafiə ordusunun hərtərəfli gücləndirilməsini təmin etmək üçün qəti tədbirlər görmələri lazım olduğunu qeyd etdim. Əlbəttə ki, həmin vaxtı döyüşlər dayandırılsaydı, müharibənin gedişi fərqli olardı. Məlum 5 + 2 formatı ilə bağlı danışıqlar prosesi elə qurulacaqdı ki, bizim faydalı qərarlar qəbul etmə fürsətimiz olacaqdı".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2021
Erməni ictimai xadim: “Bu anda minlərlə əsgər qarın üstündə yatır”
23.02.2021
Ermənilərin minalanmış ərazilərlə bağlı xəritə oyunu - VİDEO
23.02.2021
Ermənistan rəsmisindən etiraf: “1600 erməni hərbçisi hələ də itkindir”
22.02.2021
General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT
22.02.2021
Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsində maraqlıdır