Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Arazdan Urmiya gölünə kanal çəkilsə, rayonlarımıza problem yarada bilər

18:35  |    13 İyul 2015  |   E-mail  |  Çapa göndər

“Ermənistanın Qafan, Qacaran mis-molibden kombinatlarının suları Oxçu çayına axıdılır. Oxçuçay da Araz çayına tökülür. Yəni, Araz çayında ən çox çirklənmə burada baş verir. Hətta Metsamor Atom Elektrik Stansiyasının da radiasiyalı sularının kanal vasitəsilə Oxçu çayına axıdılması ilə bağlı məlumatlar var”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Məhəmməd Abduyev deyib.


M. Abduyevin sözlərinə görə, Kür çayının Böyük Kəsik məntəqəsində ağır metalların - mis, qurğuşun və nikelin miqdarı normadan dəfələrlə çoxdur: “Eyni zamanda, Ermənistandan axan balaca Debed çayı var. Bu çay Xram çayının qoludur. Ermənistandakı Alaverdi mis mədənin suları Debed vasitəsilə Xram çayına tökülür ki, bu da Kür çayının çirklənməsinə gətirib çıxarır. Bilirsiniz, suyun belə bir xüsusiyyəti var, məsafə uzandıqca suyun özünü tənzimləmə prosesi gedir. Çirkab suları təmiz su ilə qarışır. Çirkab suyunun miqdarından asılı olaraq təmiz su üstünlüyü ələ alır. Nəticədə çirkləndiricilərin miqdarı azalır”.

İnstitutun əməkdaşı qeyd edib ki, İranın Urmiya gölünün qurumasının qarşısını almaqdan ötrü Araz çayından gölə kanal çəkməsi Azərbaycana mənfi təsir göstərəcək: “Bildiyiniz kimi, belə bir ideya var. Maliyyə problemlərinə görə bu məsələ hələlik qalıb. Bunun reallaşacağı təqdirdə Saatlı, Sabirabad və İmişli rayonlarında su çatışmazlığı yaşana bilər. Bu isə Azərbaycan üçün böyük problem deməkdir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video
20.11.2019
Şəhid ailələri və Qarabağ əlillərinə daha 50 mənzil verildi