Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO

23:03  |    18 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi.

Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.

"Report"un Muğan bürosu Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan şəhid Əli Qəmbərovun ailəsində olub, onun döyüş yoluna nəzər salıb.

Ailə üzvlərinin sözlərinə görə, Əlinin ən böyük arzusu hərbçi olmaq idi.

Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Sentyabrın 27-də xidmət etdiyi səngərdə "İrəli" əmrini alanlardan olub. Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng edərək zəfər qurbanı kəsməsini xahiş edib.

Əli Qəmbərov bir neçə gərgin döyüşdə şücaətləri ilə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2021
Şəhərlər üzrə milli qiymətləndirmənin nəticələri təhlil edilib
24.02.2021
“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
24.02.2021
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi nümayiş etdirilib - VİDEO
23.02.2021
Qubadlının Hal kəndindən görüntülər - VİDEO
23.02.2021
Macarıstan şirkətləri azad olunan ərazilərin bərpasında iştirak edəcəklər