Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7358

Digər sorğular

Qənirə Paşayeva şəhid Məmmədağa Bağırovun atası ilə görüşüb

22:29  |    18 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


MM-nın Mədəniyyət komitəsinin sədri Q. Paşayeva və RHİMİB sədri A. Bağırova qəhrəman şəhidimiz Məmmədağa Bağırovun atası Həsənağa Bağırovla görüşüblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Xoşçobanlı kənd sakini, şəhid Məmmədağa Bağırovun atası Həsənağa Bağırovla görüşüb.

Qənirə Paşayeva şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Məmmədağa kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

Tarixi zəfər münasibətilə şəhid əsgərin atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2021
Erməni vandalizminə məruz qalan Sarallı Xəştab kəndi - FOTO
20.02.2021
Azərbaycan vətəndaşları Türkiyəyə bu vəsiqə ilə gedə bilməyəcək
19.02.2021
Ölüm xəbəri yayılan Rəşid Mahmudov danışdı: "Onu yazan..." - VİDEO
16.02.2021
Koronavirusdan ölən polis kapitanının yerinə TƏYİNAT - FOTO
12.02.2021
TƏBİB maska taxmamaqla bağlı açıqlamanı təkzib etdi