Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat

22:21  |    17 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət beşiyi, işğaldan azad olunmuş qədim Şuşa şəhərinə ziyarəti tarixi bir səfər idi və bir çox məqamlarla yadda qaldı. Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Ali Baş Komandan burada da şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial təminatı, gəkəcəkdə bu sahədə görüləcək işlərlə bağlı vacib fikirlər bildirdi:

“Hər birimizə məlum olduğu kimi əhalinin bu sosial qrupundan olan hissəsinə dövlət hər zaman xüsusi diqqət göstərmişdir. Birinci Qarabağ müharibəsində şəhid olmuş 9 min şəhid ailəsi artıq mənzillərlə təmin olunub, yaralıların müalicəsi istiqamətində istər ölkə daxilində, istərsə də xaricdə fəaliyyət təmin olunub, ehtiyacı olan qazilərimizə ən son texnalogiyalara uyğun hazırlanan protezlər verilib.

Düşünürəm ki, bundan sonrakı dövrdə də bu diqqət olacaq və daha da artacaqdır. Vətənin igid övladlarına diqqət hər birimizin borcudur. Azərbaycanın qəhrəman əsgərləri, zabitləri Ali Baş Komandanın rəhbərliyi ilə öz adlarını tariximizə yazdılar. Güclü Azərbaycan dövləti hər zaman öz igid övladlarının yanında olduğu kimi, bundan sonrakı dövrdə də olacaq. Bunun üçün güclü Azərbaycan dövləti və Ali Baş Komandanın hərbi-siyasi iradəsi var”.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.03.2021
Azərbaycanda son sutkada koronavirusa 403 yoluxma qeydə alınıb
07.03.2021
Qənirə Paşayeva şəhid XTQ kapitanı Nurlan Mustafayevin anası ilə görüşüb - FOTO
07.03.2021
Müharibə bitməyib, ordumuz isə... – Erməni ekspertdən İDDİA
07.03.2021
Şəhid Orxan Paşazadənin anım günündə ev muzeyi ziyarət edilib
07.03.2021
Qarabağa ilk onlar qaytarılacaq - VİDEO